Parlament seçkilərində solçu partiyaların koalisiyası  qalib gəlib

Parlament seçkilərində solçu partiyaların koalisiyası qalib gəlib

8 İyul 07:58
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada solçu partiyaların koalisiyasını təmsil edən Yeni Xalq Cəbhəsi parlament seçkilərinin ikinci turunun nəticələrinə görə Milli Assambleyada yerlərin əksəriyyətini qazanıb.

Rəsmi məlumatlara görə, Yeni Xalq Cəbhəsi parlamentdə 182 yer qazanıb. İkinci yerdə (168 yer) prezident Emmanuel Makronun rəhbərlik etdiyi “Birgə” koalisiyası qərarlaşıb. Jordan Bardellin Milli Rallisi 143 yerlə üçüncü yeri tutub.

Respublikaçılar partiyasının 45 yeri var, daha 39 yer digər seçki iştirakçıları arasında bölüşdürülüb.

“Bu o deməkdir ki, heç bir partiya mütləq çoxluq üçün lazım olan 289 yeri qazanmayıb və Fransa daha da böyük siyasi qeyri-müəyyənliyə qərq olacaq və parlament iflic vəziyyətinə düşərək üç blok arasında bölünəcək”.

Oxuməni.az