Belarus məhkəməsi casusluqda ittiham edilən Litva vətəndaşına 6 il həbs cəzası verib

Belarus məhkəməsi casusluqda ittiham edilən Litva vətəndaşına 6 il həbs cəzası verib

11 İyun 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Casusluqda ittiham edilən Litva vətəndaşı Yelena Romanauskiene üzərində məhkəmə keçirilib.

Bağlı qapılar arxasında keçirilən məhkəmə prosesində Yelena Romanauskienenin günahı sübuta yetirilib. Nətəcədə məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib.

Yelena Romanauskiene bir müddət əvvəl Belarus ərazisində saxlanılıb. Belarus xüsusi xidmət orqanlarının iddiasına görə, Yelena Romanauskiene Litvanın Druskininkay şəhərindəki Belarusa məxsus "Belarus" sanatoriyasının marketinq xidmətinin rəhbəri işləyərkən Litva kəşfiyyatı tərəfindən casusluğa cəlb edilib. O 10 il ərzində sanotoriyada dincələn yüksək səviyyəli Belarus rəsmiləri haqqında məlumatlar toplayaraq Litva kəşfiyyatına ötürüb.

Yelena Romanauskienedən əvvəl isə "Belarus" sanatoriyasının keçmiş baş həkimi Andrey Kobel də İitvaya casusluq üstündə həbs edilib. Məhkəmə onu 9 il müddətinə azadlıqdan məhrum edib.

Oxuməni.az