Ermənistanda antisemitizm faşizm səviyyəsinə qaldırılıb

Ermənistanda antisemitizm faşizm səviyyəsinə qaldırılıb

11 İyun 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda antisemitizm faşizm səviyyəsinə qaldırılıb.

Ermənistanın paytaxtında antisemitizm, yəhudilərə nifrət dalğası Hitler Almaniyası dövründə baş verənləri xatırladır. Bunu iyunun 11-nə keçən gecə "naməlum" şəxslərin sinaqoqa növbəti dəfə hücumu da bir daha təsdiq edir.

Belə ki, sinaqoqa hücum nəticəsində onun şüşələri sındırılıb və binanı yandırmağa cəhd edilib.

Öz növbəsində Ermənistan DİN baş verən hadisəni Rusiya vətəndaşı olan turistin üstünə qoymağa çalışıb. Turistin milli kimliyinin açıqlanmamasından belə başa düşmək olar ki, o ermənidir.

Qeyd edək ki, ötən ilin oktyabr ayından bu günə kimi Ermənistanda 4 dəfə sinaqoqa hücum edilib, lakin günahkarlar tapılmayıb.

Oxuməni.az