Latviya NATO-nu Ukraynaya  qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb

Latviya NATO-nu Ukraynaya qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb

11 İyun 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

Latviya NATO-ya üzv dövlətləri Ukraynaya qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

ABŞ-ın Ukraynaya verdiyi silahlardan Xarkova yaxın Rusiya ərazilərinə zərbələr endirməsinə icazə verməsinə baxmayaraq, NATO-ya üzv əksər ölkələr hələlik bu ədalətsiz qərarın aradan qaldırılması məsələsinə reaksiya verməyiblər.

Bütün bunlardan narahat olan Latviya prezidenti Edqars Rinkeviçs Avropanın “Politico” nəşrinə müsahibəsində bildirib ki, NATO üzvləri Ukraynaya verdikləri silahla bağlı mövqelərini yenidən nəzərdən keçirməli və Kiyevə bu silahlardan Rusiya ərazisinə zərbələr endirməsinə mane olmamalıdırlar.

Oxuməni.az