Avropa İttifaqının Türkiyəyə böyük ehtiyacı var

Avropa İttifaqının Türkiyəyə böyük ehtiyacı var

11 İyun 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqının indiki vəziyyətdə Türkiyəyə böyük ehtiyacı var.

Bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano Türkiyə jurnalistlərinə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, Türkiyənin bölgədə oynadığı xüsusi rolu unutmaq mümkün deyil.

Əyninə üzərində Türkiyə bayrağı olan köynək geyinən Peter Stano eyni zamanda Ankaranın Avropa İttifaqına üzvlük məsələsinə də toxunub. Aİ rəsmisi Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmasının siyasi aləmdəki vəziyyəti dəyişdirə biləcəyini də xüsusi bəyan edib.

Stano həmçinin Türkiyənin Aİ-yə üzv olmasına Kipr məsələsinin də mane olduğunu vurğulayıb. O, Türkiyənin Avropa ittifaqının, Avropa İttifaqının da Türkiyənin dəstəyinə ehtiyacı olduğunu söyləyib.

Oxuməni.az