Şimali Koreya əsgərləri Cənubi Koreya ilə sərhəddi pozublar

Şimali Koreya əsgərləri Cənubi Koreya ilə sərhəddi pozublar

11 İyun 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Koreya əsgərləri Cənubi Koreya ilə sərhəddi pozublar.

Şimali Koreya Cənubi Koreyaya münasibətdə əsəb müharibəsi aparmaqda davam edir. Pxenyan rejimi Cənubi Koreyaya zibil dolu şarlar göndərməsinin arxasınca daha bir şantaja əl atıb.

Bu dəfə Şimali Koreyanın əsgərləri Cənubi Koreya ərazisinə daxil olublar. Sərhədçilərin xəbərdarlıq atəşindən sonra sərhəd pozucuları geri qayıtmağa məcbur olublar. Hərbi ekspertlər son günlərdə baş verənləri Şimali Koreya rəhbərliyinin qonçu ölkəyə qarşı əsəb müharibəsinə baş vurması kimi dəyərləndirirlər.

Oxuməni.az