Kanada hərbi gəmiləri iyunun 14-də Havana limanına səfər edəcəklər

Kanada hərbi gəmiləri iyunun 14-də Havana limanına səfər edəcəklər

11 İyun 08:17
Bəyəndim (0) Bəyənmədim (0)

Kanada hərbi gəmiləri iyunun 14-də Havana limanına səfər edəcəklər.

Bu barədə Kuba xarici işlər nazirliyinin yaydığı məlumatda deyilir. Qeyd edilir ki, səfərdən məqsəd ikitərəfli hərbi əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin daha da inkişaf etdirilməsidir. Bundan əvvəl 2016 və 2018-ci illərdə də Kanada hərbi gəmiləri Havana limanına daxil olmuşdu.

Kanada hərbi gəmiləri Havana limanında iyunun 17-nə kimi qalacaq. Səfər əsasında hər iki ölkənin hərbi dəniz qüvvələri arasında təcrübə mübadiləsi keçiriləcək. Onu da deyək ki, ABŞ tərəfindən faktiki olaraq blokadada olan Kuba üçün Kanada kimi dövlətlə istənilən əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Oxuməni.az