Ukrayna ilə bağlı sülh konfransında Rusiya əleyhinə sərt  qətnamə qəbul edilməyəcək

Ukrayna ilə bağlı sülh konfransında Rusiya əleyhinə sərt qətnamə qəbul edilməyəcək

11 İyun 07:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ilə bağlı sülh konfransında Rusiya əleyhinə sərt qətnamə qəbul edilməyəcək.

İsveçrənin Burqenştok şəhərində keçiriləcək Ukrayna ilə bağlı beynəlxalq sülh konfransında qəbul ediləcək qətnamənin bəzi təfərrüatları məlum olub.

Məsələ ilə bağlı MNK telekanalının öz mənbələrinə istinadən verdiyi məlumata görə, qətnamə layihəsində Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması məsələsi öz əksini tapmayıb. Öz növbəsində Ukrayna prezidenti Vladimir Zelünski qətnamədə məhz bu müddəanın əksini tapmasını istəyirdi.

Qeyd edək ki, Rusiyanın maraqlarına cavab verən bu müddəanın qətnamədə əksini tapmayacağı xəbəri təsdiqlənərsə, onda bu, sülh konfransının əhəmiyyətini faktiki olaraq heçə endirmiş olacaq.

Oxuməni.az