Co Bayden Trampın qoyduğu silah qadağasını aradan qaldırıb

Co Bayden Trampın qoyduğu silah qadağasını aradan qaldırıb

11 İyun 07:19
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Co Bayden Donald Trampın qoyduğu silah qadağasını aradan qaldırıb.

ABŞ Ukraynaya münasibətdə hərbi dəstəyini artırmaqda davam edir. Belə ki, Ağ Ev administrasiyası Ukraynanın özəl "Azov" silahlı birləşmələrinə silah verilməsi barədə qoyulan qadağanın aradan qaldırılması barədə müvafiq qərar qəbul edib.

Bu barədə Vaşinqton Post tərəfindən yayılan məlumatda deyilir. Qeyd edilir ki, "Azov"la bağlı məsələ xarici hərbi birləşmələrə hərbi yardım göstərməsinə mane olan Leahi Aktına uyğun olaraq ekspertlər tərəfindən diqqətlə nəzərdən keçirilib və nəticədə onun aradan qaldırılması məqsədəuyğun hesab edilib.

Xatırladaq ki, Ukraynada özəl hərbi birləşmə kimi yaradılan və Rusiya təcavüzünə qarşı mübarizədə əfsanəvi qəhramanlıqlar göstərən "Azov"a silah satışı barədə qadağa 2017-ci ildə Tramp tərəfindən qoyulmuşdu.

Oxuməni.az