Somalidə klanlararası savaşlar ara vermir: Yenə də ölənlər və yaralananlar var

Somalidə klanlararası savaşlar ara vermir: Yenə də ölənlər və yaralananlar var

10 İyun 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Somalidə daxili vəziyyət gərgin olaraq qalmaqda davam edir. Bu gün Somalidə klanlararası daha bir toqquşma qeydə alınıb. Belə ki, iki klan arasında baş verən qarşıdurmada azı 55 nəfər ölüb, 300-ə yaxın adam isə yaralanıb.

“Reuters” agentliyinin hadisə yerindən yaydığı məlumata görə, klanlararası toqquşmaya səbəb Qalmuduq bölgəsinin Abudvak və Kherale şəhərlərində Dir və Marihan klanları arasında otlaqlara və su hövzələrinə nəzarəti ələ keçirmək olub.

Hökumət qüvvələri gələndən sonra klan qüvvələri döyüş meydanından qaçmağa məcbur olublar.

Oxuməni.az