Ukraynanın bərpası ilə bağlı konfransda baş nazir iştirak edəcək

Ukraynanın bərpası ilə bağlı konfransda baş nazir iştirak edəcək

10 İyun 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Konfrans iyunun 11-12-si tarixlərində Berlində baş tutacaq. Gürcüstan mətbuatının yaydığı xəbərə görə konfransda iştirak etmək üçün İrakli Kobaxidzenin Almaniya paytaxtına səfərini açıqlayıb.

"Tədbirin əsas məqsədi Ukraynanın bərpası, yenidən qurulması, islahatları və modernləşdirilməsi üçün beynəlxalq dəstəyi səfərbər etməkdir", - deyə Gürcüstan mətbuatında qeyd edilib.

Əlavə olaraq bildirilib ki, konfrans əsas dörd istiqamətdə fəaliyyət göstərəcək: bərpa və iqtisadi artım üçün özəl sektorun səfərbər edilməsi; Ukraynanın gələcəyi üçün sosial bərpa və insan kapitalı; bələdiyyələrin və rayonların bərpası; Avropa İttifaqına üzvlük və bununla bağlı islahatlar...

Oxuməni.az