Almaniyada parlamentə növbədənkənar seçkilər keçirilməyəcək

Almaniyada parlamentə növbədənkənar seçkilər keçirilməyəcək

10 İyun 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada parlamentə növbədənkənar seçkilər keçirilməyəcək.

Avropa parlamentinə keçirilən seçkilərdə hakim Almaniya Sosial Demokrat Partiyası (SPD) tərəfindən göstərilən zəif nəticə Bundestaqa növbədənkənar seçkilərin keçirilməsi məsələsini gündəmə gətirib. Bununla bağlı müxalifət tərəfindən məsələnin gündəmə gətirilməsinə hakim partiya tərəfindən sərt reaksiya verilib.

Almaniya hökumətinin mətbuat katibi Steffen Hebestreit deyib ki, ölkədə hər hansı növbədənkənar seçkilərin keçirilməsindən söhbət gedə bilməz. Konkret olaraq Makronun parlameni buraxmasına gəlincə, Steffen Hebestreit deyib ki, iki ölkə siyasi sistemləri arasında fərq var və onlar arasında paralellik aparmaq olmaz.

Oxuməni.az