“Gürcü Arzusu”nun rəsmisi : ABŞ-a və Fransaya olar, amma bizə yox...

“Gürcü Arzusu”nun rəsmisi : ABŞ-a və Fransaya olar, amma bizə yox...

10 İyun 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda Xarici agentlər haqqında qanunun qəbulunun törətdiyi hay-küy davam edir. Belə ki, ABŞ və Fransanın adı çəkilən qanunun qəbuluna görə Gürcüstanı cəzalandırmağa hazırlaşması və bu qanunun qəbulunda fəal iştirak edənlərin sanksiya siyahısına salınacağını bəyan etməsinə “Gürcü Arzusu”nun icraçı katibi və parlament çoxluğunun lideri Mamuka Mdinaradze sərt reaksiya verib.

O deyib ki, ABŞ və Fransada oxşar qanundan istifadə etmək demokratiya hesab edilir, bizdə isə bu insan hüquqlarının və demokratiyanın tapdalanması kimi qəbul olunur.

Mamuka Mdinaradze bununla bağlı ABŞ və Fransanın izahat verməsini tələb edib.

Oxuməni.az