Ermənistanda siyasi gərginlik davam edir

Ermənistanda siyasi gərginlik davam edir

10 İyun 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda siyası gərginlik davam etməkdədir. Bu gün “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri keşiş Baqrat Qalstanyanın tərəfdarları yenidən Nikol Paşinyanən istefası tələbi ilə küçələrə çıxmaq niyyətindədirlər. Onlar Baqratyan prospektini bağlayaraq çadırlar qurmağa və oturaq nümayiş keçirməyə hazırlaşırlar. Bunu Baqrat Qalstanyanın açıqlaması da təsdiq edir. Qalstanyan mətbuata açıqlamasında deyib ki, çadırlar quraraq oturaq etiraz aksiyasına başlayacaqlar.

Qeyd edəki ki, Qalstanyan tərəfdarları Tavuşda 4 kəndin Azərbaycana verilməsinə qarşı çıxaraq Paşinyanın istefası tələbilə etiraz aksiyaları keçirirlər. Xatırladaq ki, Qazaxın 7 kəndi 1990-cı ildə Ermənistan tərəfindən işğal edilib. Geri qaytarılan 4 kəndin, həmçinin qaytarılması nəzərdə tutulan daha 3 kəndin Ermənistana heç bir aidiyyatı yoxdur və Azərbaycan əraziləridir.

Oxuməni.az