Avropa Parlamentinə seçkilərdə Ukraynayönümlü siyasilər  qələbə qazanıblar

Avropa Parlamentinə seçkilərdə Ukraynayönümlü siyasilər qələbə qazanıblar

10 İyun 08:11
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Parlamentinə seçkilərdə Ukraynayönümlü siyasilər qələbə qazanıblar.

Gözlənildiyi kimi Avropa Parlamentinə keçirilən seçkilərdə Rusiyaya rəğbət bəsləməyən və onun Ukraynaya təcavüzünə qarşı çıxan siyası güclər daha çox deputat yeri əldə ediblər. Seçkilərin ilkin nəticələrinə görə, Baltikyanı ölkələrdən, o cümlədən Fransadan, Niderlanddan, İtaliya, Almaniya və digər ölkələrdən olan Ukryanayönümlü deputalar parlamentdə üstünlük təşkil ediblər.

Bu faktı Avropa Komissiyasının hazırki sədri Ursula fon der Leyen də təsdiq edib. O Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib ki, yeni parlamentin əksər çoxluğu Avropa və Ukraynayönümlülərdən ibarət olacaq.

Oxuməni.az