Hakim partiya parlament seçkilərində ağır məğlubiyyətə uğrayıb

Hakim partiya parlament seçkilərində ağır məğlubiyyətə uğrayıb

10 İyun 07:48
Bəyəndim (0) Bəyənmədim (0)

Belçikada keçirilən parlament seçkilərində nakim partiya ağır məğlubiyyətə uğrayıb və istefa verib.

Bununla bağlı baş nazir Alkesander De Croo partiyasının məğlubiyyətini etiraf edib. Seçkilərin ilikin nəticələrindən sonra o mətbuata açıqlamasında partiyasının yeni koalisiyada iştirak etməyəcəyini bəyan edib. Baş nazir istefa qərarını bu gün kral Filippə təqdim etmək niyyətindədir.

İstefa verməsinə baxmayaraq Alkesander De Croo hələ bir müddət ölkəni idarə etməkdə davam edəcək. Belə ki, Belçikada hökumət qurulması uzun sürən bir prosesdir və ölkəni idarə etmək üçün koalisiyanın formalaşdırılması aylarla, hətta illərlə uzana bilər.

Oxuməni.az