Növbədənkənar seçkilərdə Bolqarıstan yeni parlamentini seçəcək

Növbədənkənar seçkilərdə Bolqarıstan yeni parlamentini seçəcək

9 İyun 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir.

Bolqarıstan vətəndaşları Xalq Məclisinə (birpalatalı parlament) deputatlar və Avropa Parlamentinin üzvlərini seçəcəklər. Ölkədə 12 869 seçki məntəqəsi yerli vaxtla saat 07:00-da açılıb və saat 20:00-a qədər fəaliyyətini davam etdirəcək, 6 milyondan çox adam seçici siyahılarına daxil edilib. Növbədənkənar parlament seçkilərində səsvermə xüsusi səsvermə maşınları və ya kağız bülletenlərdən istifadə etməklə mümkün olacaq.

60 ölkədə Bolqarıstan vətəndaşları üçün 769 səsvermə məntəqəsi fəaliyyət göstərəcək.

Parlamentdə 240 yer uğrunda 20 siyasi partiya və 11 koalisiyanın nümayəndələri mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 6100 nəfər deputat mandatı, 418 namizəd isə Avropa Parlamentində yerlər uğrunda mübarizə aparır.

Şənbə günü bütün səsvermə məntəqələri polis və jandarm tərəfindən yoxlanılıb və mühafizə olunub.

Oxuməni.az