Ukraynada azı 11 min dinc sakin həlak olub, 21 min mülki şəxs isə yaralanıb

Ukraynada azı 11 min dinc sakin həlak olub, 21 min mülki şəxs isə yaralanıb

8 İyun 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

BMT Ukraynada ölənlərin sayı ilə bağlı yeni məlumat açıqlayıb.
2022-ci il fevralın 24-dən bəri Ukraynada azı 11 min dinc sakin həlak olub, 21 min mülki şəxs isə yaralanıb. Faktiki itkilər çox güman ki, daha yüksəkdir. Bu barədə BMT Təhlükəsizlik Şurasında Ukraynadakı humanitar vəziyyətlə bağlı brifinqdə BMT-nin humanitar məsələlər üzrə rəhbərinin köməkçisi Coys Msuya danışıb.

BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının məlumatına görə, may ayında ən azı 174 mülki şəxs həlak olub, 690 nəfər yaralanıb. Bu, 2023-cü ilin iyun ayından bəri bir ayda mülki əhalinin ən yüksək sayıdır. Bu qurbanların yarıdan çoxu Xarkov vilayətində baş verir.

O, qeyd edib ki, son həftələr ticarət mərkəzləri, yaşayış binaları, təhsil ocaqları, mağazalar, inzibati binalar, parklar və ictimai nəqliyyat vasitələri vurulub.

Xarkov vilayətində 18 mindən çox məcburi köçkün var

“Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Xarkov vilayətində ən azı 18 100 nəfər məcburi köçkün vəziyyətinə düşüb. 50-yə yaxın humanitar təşkilatın dəstəyi ilə Xarkovdakı tranzit mərkəzində 12 mindən çox insan yardım alır. Buraya yemək, su, geyim, yataq dəstləri, məişət əşyaları, nağd pul, psixososial dəstək və hüquqi yardım daxildir”, - Msuya deyir.

Xarkovun sərhəd və cəbhə bölgələrində qalan dinc sakinlər ağır vəziyyətdədir. Onların bir çoxunun qida, tibbi xidmət, işıq və qaza çıxışı yoxdur.

Oxuməni.az