"Apollon 8" kosmik gəmisinin ekipaj üzvü təyyarə qəzasında həlak olub

"Apollon 8" kosmik gəmisinin ekipaj üzvü təyyarə qəzasında həlak olub

8 İyun 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

"Apollon 8" kosmik gəmisinin ekipaj üzvü, keçmiş amerikalı astronavt Uilyam Anders təyyarə qəzasında həlak olub.
Associated Press (AP) xəbər verir ki, "Apollon 8" kosmik gəmisinin ekipaj üzvü, keçmiş amerikalı astronavt Uilyam Anders cümə günü təyyarə qəzasında həlak olub.

90 yaşlı Andersin idarə etdiyi təyyarə Vaşinqton ştatının San Juan adaları yaxınlığında suya düşərək batıb.

Onun oğlu Qreq Anders agentliyə atasının ölüm faktını təsdiqləyib.

Uilyam Anders 1968-ci ildə Ayın orbitindən unikal rəngli "Yer kürəsi" fotoşəkilini çəkməsi ilə məşhurdur.

AP fotoşəkili müasir tarixin ən vaciblərindən biri adlandırır, çünki o, insanların Yer haqqında anlayışını dəyişdirdi. Görünüşün planetin kosmosdan nə qədər kövrək və təcrid olunmuş göründüyünü göstərməklə qlobal ekoloji hərəkata səbəb olduğu güman edilir.

Oxuməni.az