Orbandan sensasiyalı açıqlama: Qərb dövlətləri Ukraynaya qöşun yeritməyə hazırlaşırlar

Orbandan sensasiyalı açıqlama: Qərb dövlətləri Ukraynaya qöşun yeritməyə hazırlaşırlar

8 İyun 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Macarısyan baş naziri Viktor Orban sensasiyalı açıqlama verib. O deyib ki, Qərb dövlətləri Ukraynaya qoşun yeritməyə hazırlaşırlar.


ABŞ və digər Qərb dövlətlərinin rəhbərləri bilərəkdən Ukraynada münaqişəni gərginləşdirməyə çalışır, onun sülh yolu ilə həllini istəmir və iş o yerə doğru gedir ki, tezliklə orada xarici qoşunlar peyda olacaq. Bu fikri Macarıstanın baş naziri Viktor Orban TV2 telekanalının “Faktlar” proqramına müsahibəsində deyib.

“Rusiya ilə birbaşa toqquşmadan bir neçə santimetr uzaqdayıq”, hökumət başçısı bildirib. Onun sözlərinə görə, “bir az daha, Amerika və Qərbi Avropa qoşunları cəbhə xəttində görünəcək”.

Aparıcının Qərb liderlərinin həqiqətən bunu görüb-görməmələri ilə bağlı sualına Orban belə cavab verdi: “Onlar bunu görmürlər, istəyirlər”.

O qeyd edib ki, Avropa İttifaqı və NATO rəhbərliyi Rusiyanı hərbi yolla məğlub edə biləcəyinə inanır və onunla birbaşa münaqişəyə girməyə hazırlaşır. “Amerikanın təzyiqi altında onlar hərbi əməliyyatların genişlənməsinə doğru irəliləyirlər. Bu, hərbi psixozdur, onun mənbəyi iki yerdə - Brüssel və Vaşinqtondadır və ona görə də həm orada, həm də okeanın o tayında dəyişikliklərə ehtiyac var”, - deyə baş nazir Avropa Parlamentinə seçkilərin başlanmasını və ABŞ-da qarşıdan gələn prezident seçkilərini xatırladıb.

“Hər bir müharibə insan qərarının nəticəsidir. Biz bilirik ki, belə qərarlar verə biləcək adamlar kimlərdir: ABŞ prezidenti və böyük Avropa ölkələrinin rəhbərləri. Əgər onlar müharibəni dayandırmaq qərarına gəlsələr, o zaman bitə bilər”, - Orban vurğulayıb. Onun fikrincə, “Avropa liderləri bu gün sülh bərqərar etmək istəsəydilər, Ukraynada 24 saat ərzində atəşkəs bağlanardı”.

Oxuməni.az