Ukraynanın Luqanska endirdiyi zərbələr dağıntılara və insan ölümlərinə yol açıb

Ukraynanın Luqanska endirdiyi zərbələr dağıntılara və insan ölümlərinə yol açıb

7 İyun 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Luqanska endirdiyi zərbələr dağıntılara və insan ölümlərinə yol açıb.

Bu gün səhər saatlarında Ukrayna ordusu Luqanska zərbələr endirib. Nəticədə şəhərdə yaşayış binası dağılıb və mülki insanlar arasında itkilər var.

Bununla bağlı İzvestiya qəzetinin verdiyi məlumata görə, zərbələr nəticəsində 35 nəfər ölüb. Ölənlər arasında 3 azyaşlı uşağın da olduğu bildirilir. Yerli mənbələrin verdiyi məlumata görə, şəhərə azı altı ATACMS raketi atılıb.

Hazırda xilasedicilər tərəfindən dağılmış binanın qalıqları altında qalanların xilas edilməsi davam edir.

Oxuməni.az