
Çinin Rusiyanı silahlandırması ABŞ və Qərb dövlətlərini təcavüz təhlükəsi qarşısında qoyub
Çinin Rusiyanı silahlandırması ABŞ və Qərb dövlətlərini təcavüz təhlükəsi qarşısında qoyub. Bunu mətbuata verdiyi açıqlamasında Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bəyan edib. O deyib ki, Çin Rusiyanı silahlandırmaqda davam edəcəyi təqdirdə ABŞ sərt cavab tədbirlərinə əl atmağa məcbur olacaq.
Patel xatırladıb ki, Çınə qarşı sərt addımlar atılması və onun dünyadan təcrid olunması ideyasını ABŞ-la bərabər Avropa İttifaqı, G7 qrupu və NATO da dəstəkləyir.
Patel ABŞ-ın və onun müttəfiqlərinin bu mövqeyinin Blınkenin Pekinə səfəri zamanı qarşı tərəfin diqqətinə çatdırıldığını bildirib.
Oxuməni.az
Digər xəbərlər