Çin pilotlarının hazırlanmasına yardım edən Daniel Daqqa ABŞ-da mühakimə ediləcək

Çin pilotlarının hazırlanmasına yardım edən Daniel Daqqa ABŞ-da mühakimə ediləcək

24 May 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Çin pilotlarının hazırlanmasına yardım edən Daniel Daqqa ABŞ-da mühakimə ediləcək.

Bununla bağlı "9News" telekanalının yaydığı məlumata görə, Avstraliya məhkəməsində çinli pilotların hazırlanmasına yardım edən keçmiş hərbi pilot Daniel Edmund Daqqanın işinə baxıb Məhkəmə Daqqanın günahını sübuta yetirib və onun ABŞ-a ekstradisiya edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, keçmiş pilot Daniel Daqqanın çinli pilotların hazırlanmasına yardım göstərməsi ABŞ-da əsəbiliklə qarşılanıb və onun ekstradisiyası tələb edilib. Avstraliya məhkəməsi isə bununla bağlı ABŞ-ı məmnun edən qərar çıxarıb.

Daniel Daqqa 12 il ABŞ ordusunda xidmət etdikdən sonra Avstraliyaya gələrək bu ölkənin vətəndaşlığını qəbul edib və 2022-ci ildə çinli pilotları hazırladığına görə həbs olunub.

Oxuməni.az