Rusiya telekanallarına qoyulan sanksiyalar davam edir

Rusiya telekanallarına qoyulan sanksiyalar davam edir

24 May 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada Rusiya telekanallarına, o cümlədən Birinci Kanal, OTR və TNT-yə qarşı sanksiyalara yenidən baxılaraq müvafiq qərar qəbul edilib. Bununla bağlı TASS-ın yaydığı məlumatda deyilir ki, Rusiya telekanallarının Ukraynada yayımına qoyulan qadağalar daha 10 il müddətinə uzadılıb.

Bu müstəvidə də Ukrayna prezidenti Vladimir Zelenski Rusiya telekanallarının yayımına qoyulan qadağaların daha 10 il müddətinə uzadılması barəqə fərman imzalayıb.

Qeyd edək ki, “Moskovski Komsomolets” qəzeti və “İzvestiya” Beynəlxalq Araşdırmalar Mərkəzi də Ukrayna tərəfindən tətbiq edilən sanksiyalar siyahısındadır.

Oxuməni.az