Rusiyada rüşvətxor generalların həbsi davam edir

Rusiyada rüşvətxor generalların həbsi davam edir

23 May 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada korrupsiyada və rüşvətxorluqda ittiham edilən yüksək səviyyəli generalların həbsi davam edir. Bu çərçivədə də növbəti hədəf Baş Qərargah rəisinin müavini general Vadim Şamarin olub. O, bu gün səhər rüşvət qalmaqalı ilə bağlı həbs edilərək dindirilmək üçün Hərbi İstintaq İdarəsinə gətirilib. Generalın iş yerində və evində də ciddi axtarışlar aparılıb.

Generala qarşı rüşvətalma, korrupsiya və dələduzluq ittihamı irəli sürülüb. İttihamlar təsdiqini tapacağı təqdirdə general Vadim Şamarin azı 15 il müddətinə azadlıqdan məhrum ediləcək.

Oxuməni.az