İki sərnişin təyyarəsi toqquşub

İki sərnişin təyyarəsi toqquşub

23 May 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Tokioda hava limanında aprona girib-çıxarkən “Japan Airlines” şirkətinə məxsus iki sərnişin təyyarəsinin qanadları toqquşub. Dərhal uçuşun ləğv edildiyi sərnişinlərə anons edilib. Hadisə zamanı ölən və yaralanan olmadığı bildirilib.

Yaponiyada baş verə biləcək fəlakətin qarşısı alınıb. Aviaşirkətdən verilən açıqlamada qeyd olunub ki, göyərtəsində 328 sərnişin və ekipaj üzvü olan 503 saylı reys Tokio Hanedada aprondan çıxarkən qanad hissəsindən aprona girmək üzrə olan boş təyyarə ilə toqquşub. Hadisə yerli vaxtla saat 07.30-da baş verib. Xoşbəxtlikdən qəza zamanı heç bir xəsarət qeydə alınmayıb.

Oxuməni.az