Yeni Kaledoniyadan xarici vətəndaşların təxliyəsi davam edir

Yeni Kaledoniyadan xarici vətəndaşların təxliyəsi davam edir

23 May 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanln müstəmləkəsi hesab edilən Yeni Kaledoniyadan xarici vətəndaşların təxliyəsi davam edir.

Bununla bağlı TASS-ın verdiyi məlumata görə, ötən gün Yeni Kaledoniyada olan Yaponiyanın 38 vətəndaşı xüsusi təyyarə ilə Avstraliyaya gətirilib.

NHK telekanalı isə bildirib ki, bundan əvvəl daha 4 nəfər Yaponiya vətəndaşı Yeni Kaledoniyadan Avstraliyaya təxliyə edilib. Hazırda daxili toqquşmaların davam etdiyi Yeni Kaledoniyada 250 nəfər xarici ölkə vətəndaşı təxliyə olunmasını gözləyir.

Xatırladaq ki, Fransanın faşist rejiminin müstəmləkə zülmünə qarşı yerli xalq etiraz aksiyalarına başlayıb. Fransa polisi aksiyaçılara qarşı rezin güllələrdən, dəyənəklərdən və su şırnaqlarından istifadə edib. Nəticədə dinc aksiya iştirakçıları arasında ölənlər və xəsarət alanlar var.

Oxuməni.az