Qəzza şəhərinin atəşə tutulması nəticəsində ölənlər və yaralananlar var

Qəzza şəhərinin atəşə tutulması nəticəsində ölənlər və yaralananlar var

23 May 07:18
Bəyəndim (0) Bəyənmədim (0)

Qəzza şəhərinin atəşə tutulması nəticəsində ölənlər və yaralananlar var.

İsrail ordusunun Qəzzada hərbi əməliyyatları davam edir. Bu gecə səhərə yaxın İsrail ordusu Qəzza şəhərinə artilleriya zərbələri endirib. Bununla bağlı “Al Mayadeen” telekanalının yaydığı məlumata görə, şəhərə endirilən zərbələr nəticəsində 9 nəfər həlak olub, 22 nəfər yaralanıb.

İsrail ordusu həmçinin Ed-Dərəc ərazisini də ardıcıl olaraq atəşə tutub. Nəticədə qaçqınların yaşadığı bir neçə ev və təhsil müəssisəsi tamamilə dağılıb.

Oxuməni.az