Belarusla sərhəddə əlavə qüvvələr yerləşdiriləcək

Belarusla sərhəddə əlavə qüvvələr yerləşdiriləcək

22 May 16:11
Bəyəndim (1) Bəyənmədim (0)

Polşa Belarusla sərhəddə əlavə qüvvələr yerləşdirəcək və hərbçilərinin sayını artıracaq.

Bu barədə Seymdəki çıxışında müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib. Nazir qeyd edib ki, Belarusla sərhəddə əlavə qüvvələr yerləşdirilməsi ölkənin təhlükəsizliyinin etibarlı şəkildə qorunmasına xidmət edir. Onun sözlərinə görə, Belarusla sərhədin qorunmasına əlavə qüvvələrin cəlb edilməsinə 850 milyon zloti (200 milyon dollardan çox) vəsait ayrılacaq.

Vladislav Kosinyak-Kamış həmçinin sərhədin daha da möhkəmləndirilməsi üçün onun texniki baxımdan ən müasir avadanlıqlarla təchiz olunacağını bildirib.

Oxuməni.az