İranla strateji əməkdaşlıq Çinin xarici siyasətində önəmli rol oynayır

İranla strateji əməkdaşlıq Çinin xarici siyasətində önəmli rol oynayır

22 May 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

İranla strateji əməkdaşlıq Çinin xarici siyasətində önəmli rol oynayır və bu hər iki tərəfin maraqlarına tam şəkildə cavab verir.

Bunu Çinin xarici işlər naziri Vanq Yi Astanada İran xarici işlər nazirinin müavini Mehdi Səfəri ilə apardığı danışıqlarda bəyan edib. Onun sözlərinə görə, Çin İranla hərtərəfli əməkdaşlığı davam etdirmək niyyətindədir və bunun bölgədə sülhə, sabitliyə verilən töhfə olacağına əmindir.

Vanq Yi İranda keçiriləcək prezident seçkilərindən sonra onun yeni rəhbəri ilə də strateji münasibətlərin inkişaf etdiriləcəyini xüsusi vurğulayıb.

Oxuməni.az