Rusiya qoşunları Qərb sərhədlərinə buraxılmamalıdır

Rusiya qoşunları Qərb sərhədlərinə buraxılmamalıdır

21 May 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada səfərdə olan Almaniya xarici işlər naziri Annelena Berbok Qərbi hər vasitə ilə Ukraynaya daha çox yardım etməyə səsləyib. O deyib ki, Rusiya qöşunlarını Qərbin sərhədlərinə buraxmaq olmaz və bunun Avropa üçün xoşagəlməz nəticələri ola bilər. Onun sözlərinə görə, Ukraynanı Rusiyaya qurban verməməliyik və onu ən müasir silahlarla təmin etmək lazımdır.

Berbok bir daha xatırladıb ki, Ukraynanın silaha olan ehtiyacı təcili şəkildə ödənilmədən rusların qabağını almaq çətin olacaq.

O həmçinin Aİ rəhbərliyini Ukraynanın Avropa İttifaqına üzv qəbul edilməsini tezləşdirməyə çağırıb.

Oxuməni.az