ABŞ Filippinin təhlükəsizliyinin təmini üçün bütün imkanlardan istifadə edəcək

ABŞ Filippinin təhlükəsizliyinin təmini üçün bütün imkanlardan istifadə edəcək

21 May 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Filippinin təhlükəsizliyinin təmini üçün bütün imkanlardan istifadə edəcək. Bu məqsədlə ABŞ Filippin ordusunun döyüş qabiliyyətini artırmaq üçün hərbi döyüş hazırlığı mərkəzi açmaq niyyətindədir. Məsələ illə bağlı “Defence News” nəşrinin verdiyi məlumata görə, yeni hərbi döyüş mərkəzi Luzon bölgəsində fəaliyyətə başlayacaq.

Yeni döyüş mərkəzi daha çox ərazi müdafiə əməliyyatı taktikasına üstünlük verəcək.

Yeri gəlmişkən onu da deyək ki, iki ölkə arasında 2014-cü ildə imzalanan Genişləndirilmiş Müdafiə Əməkdaşlığı Sazişinə əsasən ABŞ Filippinin təhlükəsizliyinin qarantı vəzifəsini öz üzərinə götürüb.

Oxuməni.az