Qanunsuz qaçqınlar deportasiya ediləcək

Qanunsuz qaçqınlar deportasiya ediləcək

21 May 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya federasiyasından Finlandiya ərazisinə daxil olan qaçqınların deportasiyası ilə bağlı qanun layihəsi ölkə parlamentində müzakirə ediləcək.

Bu barədə Finlandiyanın baş naziri Petteri Orpo mətbuat konfransında verdiyi açıqlamada bəyan edib. Onun sözlərinə görə, qanun layihəsində Rusiyadan gizli yollarla ölkəyə daxil olan qaçqınların yenidən gəldikləri yerə qaytarılması nəzərdə tutulub.

Baş nazir qanun layihəsinin bəzi müddəalarının beynəlxalq hüquqa zidd olduğunu etiraf edib. Bununla belə Orpo Finlandiyanın təhlükəsizliyinin təmin edilməsinin hər şeydən üstün olduğunu vurğulayıb.

Oxuməni.az