Venesuela BRİKS-i yeni güc mərkəzi hesab edir

Venesuela BRİKS-i yeni güc mərkəzi hesab edir

21 May 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuela BRİKS-ə üzv olmaq üçün bütün imkanlardan istifadə edəcək.

Bu barədə Venesuela prezidenti Nikolas Maduro mətbuata verdiyi açıqlamasında deyib. O qeyd edib ki, BRİKS-i ədalətli yeni güc mərkəzi hesab edir və ona üzv olmaq ölkəsinin beynəlxalq aləmdəki mövqeyini xeyli gücləndirəcək.

Maduro bu ilin iyun ayının 28-də BRİKS-in Moskvada keçiriləcək iclasında iştirak etmək niyyətində olduğunu və quruma üzvlük üçün rəsmi şəkildə müraciət edəcəyini bəyan edib. O BRİKS-ə üzv olmanın iqtisadi və siyasi baxımdan Venesuelanın milli maraqlarına xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.

Oxuməni.az