Argentina-İspaniya münasibətlərində gərginlik əmələ gəlib

Argentina-İspaniya münasibətlərində gərginlik əmələ gəlib

21 May 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Argentina-İspaniya münasibətlərində gərginlik əmələ gəlib.

Buna səbəb Argentina prezidenti Havyer Mileyin İspaniya dövlət başçısının həyat yoldaşını korrupsiyada ittiham etməsi olub. Buna cavab olaraq İspaniya hökuməti Argentinadan öz səfirini məsləhətləşmələr üçün geri çağırıb və Mileydən üzr istəməsini tələb edib.

Öz növbəsində Miley üzr istəməyəcəyini bildirib. O, İspaniyanın baş naziri Sançesi yenidən tənqid edərək onu arvaddan qorxan, qətiyyətsiz və səriştəsiz adam adlandırıb.

Oxuməni.az