![Neytrallıq statusu İsveçrənin Aİ-nin hərbi missiyalarında iştirak etməsinə mane olmayacaq](http://oxumeni.az/images/2024/05/15/015-13.jpg)
Neytrallıq statusu İsveçrənin Aİ-nin hərbi missiyalarında iştirak etməsinə mane olmayacaq
Neytrallıq statusu İsveçrənin Aİ-nin hərbi missiyalarında iştirak etməsinə mane olmayacaq.
Avropada neytral statusu ilə tanınan və uzun illərboyu hərbi bloklarda iştirak etməyən İsveçrə tədricən hərbi missiyalarda iştirak etməyə maraq göstərməyə başlayıb. İsveçrənin mövqeyini dəyişməyə başlamasını bu gün ölkənin hökumət portalında verilən məlumat da sübut etməkdədir.
Məlumatda deyilir ki, İsveçrə öz ordusunun Avropa İttifaqının hərbi missiyalarında iştirak edə bilməsi üçün proseduranı sadələşdirib. Yeni prosedura İsveçrə ordusuna Aİ-nin istənilən hərbi missiyasında iştirak etməsinə imkan verəcək.
Oxuməni.az
Digər xəbərlər