Slovakiya ilə İsrail arasında silah alış-satışı barədə danışıqlar aparılacaq

Slovakiya ilə İsrail arasında silah alış-satışı barədə danışıqlar aparılacaq

15 May 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Slovakiya ilə İsrail arasında silah alış-satışı barədə danışıqlar aparılacaq.

Ukraynada gedən müharibədə müasir hava hücumundan müdafiə sistemlərinin mühüm rol oynadığını nəzərə alan Slovakiya özünün hava məkanının təhlükəsizliyini təmin etmək qərarına gəlib. Bu məqsədlə Slovakiya İsraildən altı ədəd orta mənzilli "Barak MX" hava hücumundan müdafiə sistemi almaq üçün hərəkətə keçib.

Məsələ ilə bağlı Slovakiyanın müdafiə naziri Robert Kalinyak gələn həftə İsrailə səfər edəcək. O, mətbuata açıqlamasında bəyan edib ki, İsrailə nəzərdə tutulan səfəri zamanı 800 milyon avro dəyərində hava hücumundan müdafiə sistemlərinin alınması barədə danışıqlar aparacaq.

Oxuməni.az