Gürcüstan Aİ-yə üzv olma imkanını itirə bilər

Gürcüstan Aİ-yə üzv olma imkanını itirə bilər

15 May 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan xarici ölkə agentləri haqqında qanunu qəbul etdikdən sonra beynəlxalq aləmdə aramsız olaraq təzyiqlərə məruz qalmaqdadır.

Bunu Avropa İttifaqının və NATO-nun üzvü olan Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın açıqlaması da təsdiq etməkdədir. O, Baltikyanı ölkələrin və İslandiyanın xarici işlər nazirliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən mətbuat konfransında Cürcüstandakı son vəziyyətə diqqəti cəlb edib.

Marqus Tsaxknanın sözlərinə görə, xarici agentlər haqqında qanun layihəsinin qəbul edilməsi Gürcüstana qarşı Aİ tərəfindən sanksiyalara əl atılmasına gətirib çıxaracaq.

O ən azından sanksiyalar tətbiq edilmədən belə Gürcüstanın Aİ-yə üzvlüyüni itirəcəyini və adı çəkilən ölkə vətəndaşlarının Avropaya vizasız gediş-gəlişdən məhrum ediləcəyini bəyan edib.

Oxuməni.az