Türkiyədə dövlət çevrilişi təhlükəsi ilə bağlı təcili tədbirlər  həyata keçirilir

Türkiyədə dövlət çevrilişi təhlükəsi ilə bağlı təcili tədbirlər həyata keçirilir

15 May 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə dövlət çevrilişi təhlükəsi ilə bağlı təcili tədbirlər həyata keçirilir.

Ərdoğan çevriliş xəbərindən sonra təcili iclas keçirib.

Türkiyədə bəzi güclərin xaricdəki havadarlarının köməyi ilə çevriliş etmə təhlükəsi qalmaqda davam edir. Bunu Türkiyə Milliyyətçi Partiyasının (MPR) lideri Dövlət Baxçalının ölkədə çevriliş təhlükəsi barədə xəbərdarlığı da təsdiq etməkdədir. O həmçinin yüksək səviyyəli rəsmilərə qarşı sui-qəsd cəhdlərinə baş vurula biləcəyini də bəyan edib.

Dövlət Baxçalının bu xəbərdarlığından sonra prezident Rəcəb Tayyib Ərdoğan dərhal müvafiq qurumların rəhbərləri ilə birgə fövqəladə iclas çağırıb.

Hələlik iclasda müzakirə edilən məsələlərlə bağlı rəsmi məlumat verilməyib. Bununla belə toplantıda təhlükəsizlik tədbirlərinin ələ alındığı istisna edilmir.

Oxuməni.az