Türkiyə Aİ-yə üzv olma siyasətini davam etdirəcək

Türkiyə Aİ-yə üzv olma siyasətini davam etdirəcək

14 May 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Aİ-yə üzv olma siyasətini davam etdirəcək.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bəyan edib. O, Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri Aleksandr Şallenberqlə Ankarada keçirdiyi brifinqdə bildirib ki, Türkiyə Avropa İttifaqına üzv olmaq niyyətindən əl çəkməyib və bununla bağlı adı çəkilən qurumla dialoqu davam etdirəcək. Onun sözlərinə görə, Aİ-yə üzv olmaq Türkiyə üçün strateji önəm daşıyır.

Fidan bu məsələdə danışıqların ədalətli aparılmasının vacibliyini bir daha bəyan edib.

Oxuməni.az