Çinlə Böyük Britaniya arasında casus qalmaqalı yaranıb

Çinlə Böyük Britaniya arasında casus qalmaqalı yaranıb

14 May 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Çinlə Böyük Britaniya arasında casus qalmaqalı yaranıb.

Buna səbəb 3 nəfər Çin casusunun Böyük Britaniya kəşfiyyatı tərəfindən həbs edilməsi olub. Məsələ ilə bağlı Çinin Londondakı səfiri Zheng Zeguang Böyük Britaniya xarici işlər nazirliyinə çağırılıb.

Səfirə bildirilib ki, çinli casusların Böyük Britaniyadakı casusluq fəaliyyəti ilə məşğul olması yolverilməzdir və bu, iki ölkə münasibətlərinə xələl gətirəcək.

Xatırladaq ki, həbs edilən Chee Leung Wai, Chung Bi Yun və Matthew Trickettin pozuculuq fəaliyyəti sübutlarla təsdiq edilib.

Oxuməni.az