Avropa İttifaqı miqrantlara qarşı siyasətini sərtləşdirib

Avropa İttifaqı miqrantlara qarşı siyasətini sərtləşdirib

14 May 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı miqrantlara qarşı siyasətini sərtləşdirib.

Avropa İttifaqı Şurasının bu gün keçirilən toplantısında sərt miqrant siyasətinə xidmət edən Miqrasiya və Sığınacaq üzrə Paktı müzakirə edilib. Bəzi ölkələri çıxmaq şərtilə sənəd təsdiq edilib. Sənədə miqrant axını məsələsinin planlı şəkildə tənzimlənməsi və bu yükün quruma üzv bütün ölkələr arasında bərabər bölünməsi daxil edilib.

Sənəddə həmçinin Aİ-dən qeyri-qanuni miqrantların deportasiyası və bu zaman birgə addımların atılması da nəzərdə tutulub. Bundan sonra miqrantların hansısa vasitələrlə Avropaya daxil olma cəhdinin qarşısı ən sərt şəkildə alınacaq və lazım gələcəyi halda onlar məhkəmə qarşısına çıxarılacaqlar.

Oxuməni.az