Senatorun aşıqlaması Yaponiyada etirazla qarşılanıb

Senatorun aşıqlaması Yaponiyada etirazla qarşılanıb

14 May 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı senator Lindsi Qremin İsrailin Qəzzadakı əməliyyatarını ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası atması ilə müqayisə etməsi Yaponiyada rəsmi səviyyədə ciddi etirazlara səbəb olub.

Məsələyə münasibət bildirən Yaponiya xarici siyasət idarəsinin rəhbəri Yoko Kamikava Lindsi Qremin açıqlamasından təəssüfləndiyini və belə bir müqayisənin heç bir sağlam düşüncəyə və məntiqə sığmadığını bəyan edib.

Onun sözlərinə görə, senator bəzi hallarda belə yersiz açıqlamalar verməklə siyasi gündəmdə qalmaq istəyir və bu, əslində onun özünü hörmətdən salır.

Oxuməni.az