İsrail Rəfahda hərbi əməliyyatlara başlayıb

İsrail Rəfahda hərbi əməliyyatlara başlayıb

14 May 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Rəfahda hərbi əməliyyatlara başlayıb.

Bu barədə məlumat verən "The Times of Israel" qəzeti yazır ki, İsrail tankları sürətlə Rəfaha daxil olaraq Əl-Cneynə, Əl-Salam və Əl-Brasil bölgələrini nəzarət altına alıblar.

Buna paralel olaraq İsrail ordusu Rəfahdakı müxtəlif hədəflərə havadan və qurudan zərbələr endirməkdə davam edirlər.

Son məlumatlara görə, İsrail tankları ciddi müqavimətlə üzləşmədən hazırda fələsinli qaçqınların sığındığı Cəbalya düşərgəsinə doğru hərəkət edirlər.

Oxuməni.az