Latviya hərbi sənayesini sürətlə inkişaf etdirməyə başlayıb

Latviya hərbi sənayesini sürətlə inkişaf etdirməyə başlayıb

14 May 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Latviya hərbi sənayesini sürətlə inkişaf etdirməyə başlayıb.

Bununla bağlı "Delfi" portalının verdiyi məlumata görə, avqust ayında Latviya "Patria" zirehli maşınlarını istehsal etməyə hazırlaşır.

Finlandiyanın lisensiyası əsasında istehsal ediləcək "Patria" zirehli maşınları Latviya ordusunun sərəncamına veriləcək.

Hələlik Latviya ildə təxminən 30-35 "Patria" zirehli maşını istehsal etməyi planlaşdırır.

Oxuməni.az