12 milyard dollarlıq sərvətinin yarısını bağbanına bağışlayır

12 milyard dollarlıq sərvətinin yarısını bağbanına bağışlayır

14 May 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ən böyük moda şirkətlərindən biri olan «Hermes»-in 80 yaşlı varisi Nikolas Puech 12 milyard dollarlıq sərvətinin yarısını miras olaraq qoyacağı adamı seçib. Oxuməni.az xarici mətbuata istinadən xəbər verir ki, Puechin bu qərarı onun yaxınlarını şoka salıb.

«Hermes»-in 5,7 faizinə sahib olan Nikolas Puech sərvətinin yarısını bir yardım dərnəyinə bağışlayacağını desə də, sonradan qərarını dəyişərək 51 yaşlı bağbanını varisi kimi görmək istədiyini bildirib. Sərvətinin yarısını birbaşa ailə üzvü olmayan bir şəxsə bağışlamaqda yaşadığı çətinliklərə görə Puech ilk olaraq 51 yaşlı bağbanını övladlığa götürməyi düşünür.

Qeyd edək ki, 80 yaşlı milyarderin mirasla bağlı verdiyi bu qərar ailəsində böyük təlatümlər yaradıb…

Oxuməni.az