Vladimir Putin Ukraynada müharibəni davam etdirmək niyyətindədir

Vladimir Putin Ukraynada müharibəni davam etdirmək niyyətindədir

13 May 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəni davam etdirmək niyyətindədir.

Bunu Litva prezidenti Qitanas Nauseda Putin tərəfindən Şoyqunun Belousovla əvəz edilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiyanın cəbhədə qazandığı uğurlar onu daha da ruhlandırıb və danışıqlara gedə biləcəyi inandırıcı görünmür.

Qitanas Nauseda həmçinin bildirib ki, Ukraynanın cəbhədə ağır vəziyyətə düşməsinə səbəb Qərbin hərbi yardımının vaxtında çatdırılmamasıdır.

Oxuməni.az