Dağıntılar altından ikisi azyaşlı olmaqla 15 nəfərin meyiti çıxarılıb

Dağıntılar altından ikisi azyaşlı olmaqla 15 nəfərin meyiti çıxarılıb

13 May 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Belqorodda Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində zədələnmiş yaşayış binası dağılıb. Ötən gün Belqorodda çoxmərtəbəli binanın bir hissəsi Ukrayna tərəfdən atılan mərmilər nəticəsində uçub. Xilasedicilər dağıntılar altından ikisi azyaşlı olmaqla 15 nəfərin meyitini çıxarıblar. Xilasetmə işləri zamanı hadisə yerində 3 xilasedici yaralanıb.
Zərərçəkmiş binanın sakinləri təxliyə edilib. Sakinlər müvəqqəti yaşayış məntəqələrində, bəziləri isə qohumlarının yanında yerləşdirilib.
Son məlumatlarda bildirilir ki, hadisə ilə bağlı Rusiya Federasiyasının İstintaq Komitəsi yaşayış binasının uçması ilə bağlı artıq cinayət işi açıb.

Oxuməni.az