Vladimir Zelenskinin İspaniyaya səfəri gözlənilir

Vladimir Zelenskinin İspaniyaya səfəri gözlənilir

13 May 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın vaxtlarda İspaniyaya səfəri gözlənilir.

Bu barədə məlumat İspaniyanın "El País" qəzetində gedən yazıda verilib.

Qəzetin yazdığına görə, səfər çərçivəsində Ukrayna ilə İspaniya arasında təhlükəsizlik barədə sənəd imzalanacaq.

Sənədə əsasən İspaniya Ukraynanın silaha olan ehtiyacının müəyyən hissəsini ödəyəcək.

Hərbi yardımın Ukraynaya NATO və ya birbaşa İspaniya tərəfindən çatdırılacağı məsələsi tərəflər arasında görüşdə həll ediləcək.

Oxuməni.az