ABŞ-Yəmən gərginliyi davam edir

ABŞ-Yəmən gərginliyi davam edir

11 Aprel 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Qırmızı dəniz bölgəsində gərginlik davam edir. Bu müstəvidə də ABŞ bölgədə üzən gəmilərə husilərdən gələn təhlükəni aradan qaldırmaq üçün qarşı tərəfə zərbələr endirməkdə davam edir. Səhərə yaxın ABŞ husilərə məxsus 11 pilotsuz uçan aparatını məhv edib. Bununla bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi məlumata görə, pilotsuz uçan aparatlar Yəməndən buraxılıb. Qeyd edilib ki, ABŞ və müttəfiqləri husilərə qarşı əməliyyatları davam etdirəcəklər

Oxuməni.az